DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluqda şübhəli bilinən Lənkəran şəhər sakini Seymur Məhərrəmov tutulub

19.07.2017

İyulun 18-də Lənkəran şəhəri ərazisindəki bazarlardan birində naməlum şəxs Lerik rayon sakini Adilə Əsgərovanın 10 manat pulunu açıq talama yolu ilə alıb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəhər sakini Seymur Məhərrəmov tutulub.