DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xaçmaz şəhər sakini Sərxan İsmayılov tutulub

18.07.2017

Cari il iyun ayının 18-də Xaçmaz şəhər sakini Əlihüseyn Əzizli insult diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı cari il iyun ayının 17-də Xaçmaz şəhərindəki kafelərdən birində şəhər sakini Sərxan İsmayılovun münaqişə zəminində Ə.Əzizlinin baş nahiyəsinə şüşə qabla (butılka) xəsarət yetirməsi müəyyən edilib.

S.İsmayılov Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən tutulub. 

18.07.2017 tarixinə olan kriminal məlumatlar