DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb

18.07.2017

İyulun 17-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindən Bakı şəhər sakini Əlif Quliyevə məxsus "QAZel" markalı avtomobil qaçırılıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmış Şamaxı rayon sakini Elvin Pənahov iyulun 18-də saat 3.00 radələrində Xırdalan şəhəri ərazisində nəqliyyat vasitəsini idarə edərkən saxlanılıb.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır. 

18.07.2017 tarixinə olan kriminal məlumatlar