DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayonunun Araz Yağlıvənd kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində açdığı atəşlə Mütəllim Muradova xəsarət yetirib

26.05.2017

Mayın 26-da Füzuli rayonunun Araz Yağlıvənd kəndi ərazisində kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.
N.Hümbətov Füzuli RPŞ-nin əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan “Maqnum” markalı ov tüfəngi götürülüb.

26.05.2017 tarixinə olan kriminal məlumatlar