Qax rayonu ərazisindən keçən su kanalının sahilindən silah-sursat aşkar edilərək götürülüb
25.05.2017Qax RPŞ-nin əməkdaşları tərəfindən 1-ci Şıxlı kəndi ərazisindən keçən su kanalının sahilindən nömrəsi silinmiş (paslanmış halda) “AKM-74” markalı silah, “TOZ-8” markalı ov tüfəngi, avtomat darağı və 30 ədəd avtomat patronu aşkar edilərək götürülüb.