DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

25.05.2017

Mayın 25-də saat 21 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Elçin Musayevin idarə etdiyi “VAZ-2107”, Azər Hüseynovun idarə etdiyi “MAZ” və Mehrab Musayevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə E.Musayevin sərnişinlərindən paytaxt sakini Mikayıl Məmmədov hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən R.Paşayev orada ölüb, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.