DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cibgir polisə təhvil verildi

24.05.2017

Vətəndaş polis münasibətlərindəki qarşılıqlı inam, polisə ictimai dəstək hər zaman ümumi işə - cəmiyyətin təhlükəsizliyinə xidmət edir. Bu gün ölkəmizdə belə münsibətlər var və bu etimadı polis öz şərəfli xidməti ilə qazanıb.

Mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür. Sərnişinlərdən biri yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub.

Digər sərnişinlərin köməyi ilə saxlanılan həmin şəxs barəsində qanuni ölçü götürülməsi üçün avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib.

Şübhəli şəxs qismində 15-ci Polis Bölməsinə gətirilənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəhrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

24.05.2017 tarixinə olan kriminal məlumatlar