DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 87 cinayət faktı qeydə alınıb

21.05.2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 11-i “isti izlər”lə açılıb.

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
  • Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər tutulub.

21.05.2017 tarixinə olan kriminal məlumatlar