DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yolu keçən 10 yaşlı Ç.Əliyevi idarə etdiyi avtomobillə vuran S.Səlimov saxlanılıb

21.05.2017

Mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

21.05.2017 tarixinə olan kriminal məlumatlar