DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisindəki parklardan birində Göyçay rayon sakini R.Mehdiyevə zor tətbiq edərək mobil telefonunu və spinnerini almaqda şübhəli bilinən şəxslər tutulublar

20.05.2017

Mayın 19-da Nəsimi rayonu ərazisindəki parklardan birində 4 naməlum şəxs Göyçay rayon sakini Rüstəm Mehdiyevə zor tətbiq edərək mobil telefonunu və spinnerini alıblar.

Nəsimi RPİ 22-ci PB və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Elvin Əliyev, Fərid Dövlətov, İmişli rayon sakinləri, əvvəllər məhkum olunmuş Müşfiq Həsənov və qardaşı Pərviz müəyyən edilərək tutulublar.