DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

20.05.2017

Mayın 20-də saat 15 radələrində Hacıqabul şəhəri ərazisində İmişli rayon sakini Əmiraslan Əmiraslanlı idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - İmişli rayon sakinləri Əlizamin Azadi, Murad Süleymanlı, Elvin Hüseynov və Qubadlı rayon sakini  Elçin Əhmədov hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.