DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluqda şübhəli bilinən Xaçmaz rayon sakinləri Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulublar

19.05.2017

Mayın 12-də Xaçmaz rayonunun Hülövlü kənd sakini Məsumə Qasımovanın evinə açıq qalmış qapıdan girən naməlum şəxslər onu bıçaqla hədələyərək pul verməsini tələb edib. Ev sahibi pulunun olmadığını bildirdikdə isə onlar hadisə yerini tərk ediblər.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum  olunmuşlar Vüqar Sadıqov və Taleh Cavadov müəyyən edilərək tutulublar.

19.05.2017 tarixinə olan kriminal məlumatlar