DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda və avtomobil qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini Vüqar Atakişiyev tutulub

19.05.2017

Aprelin 29-da Bakı şəhər sakini İmran Muradov Xəzər RPİ 2-ci Polis Bölməsinə müraciət edərək həmin gün Buzovna qəsəbəsindəki evində fəhlə işləyən Şamaxı rayon sakini Vüqar Atakişiyevin onun mobil telefonunu oğurlamasını, həmçinin evinin qarşısında saxladığı "KİA" markalı avtomobili qaçırmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən avtomobil aprelin 30-da Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində tapılıb.

Xəzər RPİ 2-ci PB və Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayon sakini Vüqar Atakişiyev Sabirabad rayonu ərazisində tutulub.

19.05.2017 tarixinə olan kriminal məlumatlar