DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluq törətməkdə şübhəli bilinən paytaxt sakini C.Şükürlü tutulub

18.05.2017

Aprelin 26-da Bakı şəhər sakini Rafiq Məmmədov Nizami RPİ 24-cü Polis Bölməsinə müraciət edərək aprelin 25-də evinə gələn Cahangir adlı tanışının onu döyməsini və bıçaqla hədələyərək 160 manat pulunu, mobil telefon və sənədləri olan gödəkçəsini aparmasını bildirib.

Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cahangir Şükürlü müəyyən edilərək tutulub.