DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Dostunun avtomobilini qaçırmaqda şübhəli bilinən E.Əhmədov saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib

18.05.2017

Aprelin 22-də Bakı şəhər sakini Natiq Rüstəmov Yasamal RPİ 27-ci Polis Bölməsinə müraciət edərək aprelin 17-də "Audi" markalı avtomobilinin dostu Elşən Əhmədov tərəfindən qaçırılmasını bildirib.

Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən E.Əhmədov İmişli şəhəri ərazisində saxlanılaraq Yasamal RPİ-yə təhvil verilib.