DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Təzəalvadı kəndində yol-nəqliyyat hadisəsi

26.03.2017

Martın 26-da saat 19 radələrində Masallı rayonunun Təzəalvadı kəndində rayon sakini Rəhim İsmayılovun idarə etdiyi "Mercedes" və Cəlilabad rayon sakini Mirqoşqar Mürsəlovun idarə etdiyi "VAZ-2101" markalı avtomobillər toqquşub. Nəticədə M.Mürsəlov hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.