DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamil Məmmədov tutulub

24.03.2017

Sabunçu RPİ 15-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində fevralın 23-dən martın 23-dək olan müddətdə Pirşağı qəsəbəsindəki evlərdən birindən televizor, kombi aparatı və velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamil Məmmədov tutulub.
Ətrafında aparılan tədbirlərlə onun fevralın 24-dən martın 23-dək olan müddətdə qəsəbə ərazisindəki daha 3 evdən kombi aparatı, 25 ədəd radiator, 1150 manat dəyərində qızıl və məişət əşyaları oğurlaması da müəyyən edilib.