DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun digər cinayət əməlləri də müəyyən edilib

23.03.2017

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Niyaməddin Eminovun ətrafında Salyan və Hacıqabul RPŞ-lərin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun 3 nəfərə məxsus yardımçı təsərrüfatlardan müvafiq olaraq 3 baş inək, Hacıqabul rayonu ərazisindəki evlərdən birindən qızıl əşyalar oğurlaması da müəyyən edilib.

N.Eminovun Bakı şəhər sakini Cavidan Bağırlı, Salyan rayon sakini Elxan Kərimov və Kürdəmir rayon sakini Rəvan Qasımovla birgə fevralın 13-də Hacıqabul rayonu ərazisində Kazım Tağıyevdən quldurluq yolu ilə 13050 manat pul, mobil telefon və tütün məmulatı almaları da müəyyən edilib.

Görülmüş tədbirlərlə C.Bağırlı, E.Kərimov və R.Qasımov tutulublar.