DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Şəmkir rayonunun Düyərli kənd sakini İdris Əliyev yerləşdirildiyi xəstəxanada ölüb

23.03.2017

Martın 22-də Şəmkir rayonunun Düyərli kəndi ərazisində şəhər sakini Elnur Həsənov idarə etdiyi "Ford" markalı avtomobillə yolu keçən kənd sakini İdris Əliyevi vurub. Xəstəxanaya yerləşdirilən piyada martın 23-də orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.