Neftçala rayonunun Qaçaqkənd kənd sakini Elçin Məmmədovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan tüfəng və 43 ədəd patron aşkar edilərək götürülüb
22.03.2017Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlərilə martın 21-də Qaçaqkənd kənd sakini Elçin Məmmədovun evinə baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-12" markalı tüfəng və 43 ədəd patron aşkar edilərək götürülüb.