DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarovdan saxta əskinaslar götürülüb

21.03.2017

Martın 21-də Şəmkir şəhəri 20 Yanvar küçəsində şəhər sakini Anar Məmmədova məxsus mağazaya gəlmiş Gəncə şəhər sakinləri Rufan Ələkbərov və Cəlil Allahyarov sərinləşdirici içki alıb öbəniş olaraq 20 manat pul veriblər.

Pulun saxta olduğunu və həmin şəxslərin qaçdığını görən mağaza sahibi səs-küy saldığından həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən R.Ələkbərov və C.Allahyarov tutulublar.

Onlardan 9 ədəd 20 manatlıq saxta əskinas və 1 ədəd bıçaq götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb.