DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini Mehman Solovyev saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib

21.03.2017

Martın 21-də narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Şirvan şəhər sakini, əvvəllər məhkum oluinmuş Mehman Solovyev Şirvan ŞPŞ əməkdaşları tərəfindən saxlanılarkən 2 polis əməkdaşının əl nahiyəsinə bıçaqla xəsarət yetirib.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

M.Solovyev isə tutulub, ondan 1 bıçaq və 9 qram marixuana götürülüb.