DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 100 cinayət faktı qeydə alınıb

24.02.2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 100 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 30 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər yaralanıb. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər tutulub.

24.02.2017 tarixinə olan kriminal məlumatlar