DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilovun bir qrup vətəndaşı aldadıb onlardan böyük məbləğdə pul alması müəyyən edilib

23.02.2017

Fevralın 21-də Bakı şəhər sakinləri olan 5 nəfər Binəqədi RPİ 5-ci PB-yə müraciət edərək yanvarın 15-də Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Anar Xəlilov tərəfindən aldadılaraq onlardan ümumilikdə 7141 manat pul alınmasını bildiriblər.

Aparılan araşdırmalarla A.Xəlilovun ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə daha 6 nəfəri aldadıb onlardan ümumilikdə 9632 manat pul alması da müəyyən edilib.

23.02.2017 tarixinə olan kriminal məlumatlar