DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri Elman Hüseynzadə və Xaləddin Hacızadə tutulublar

21.02.2017

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 7-də şəhər ərazisindəki evlərdən birindən 5.000 manat pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elman Hüseynzadə və Xaləddin Hacızadə tutulublar.
Ətraflarında aparılan tədbirlərlə onların daha 3 evdən pul və məişət əşyaları oğurlamaları da müəyyən edilib.

21.02.2017 tarixinə olan kriminal məlumatlar