DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağcabədi rayonunun Taynaq kəndində yol-nəqliyyat hadisəsi

19.01.2017

Yanvarın 19-da saat 21 radələrində Ağcabədi rayonunun Taynaq kəndində rayon sakini Səfiqulu Əliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobili qarşıdan gələn Ağdam rayon sakini Cavanşir Bayramovun idarə etdiyi “Belarus MTZ-89” markalı traktorun qoşqusuna vurub. Nəticədə S.Əliyev və 3 sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.
Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

19.01.2017 tarixinə olan kriminal məlumatlar