DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Cəlilabad rayonunun Qarazəncir kəndində yol-nəqliyyat hadisəsi

19.01.2017

Yanvarın 19-da saat 18 radələrində Cəlilabad rayonunun Qarazəncir kəndində Bakı şəhər sakini Musa Bayramovun və Astara rayon  sakini Teymur Nəsirovun idarə etdikləri “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə M.Bayramovun sərnişini, arvadı Həcər hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

19.01.2017 tarixinə olan kriminal məlumatlar