DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəmkir rayon sakini Z.Ağayevanın evinə girib onu bıçaqla hədələyərək qızıl üzüyünü alan şəxslər tutulublar

15.01.2017

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-də rayon sakini Ziyafət Ağayevanın evinə girib onu bıçaqla hədələyərək qızıl üzüyünü alan Qaracəmirli kənd sakinləri Şəhriyar Quliyev və Tehran Həsənov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların ötən ilin noyabr ayından cari ilin yanvar ayınadək olan müddətdə daha bir evdən pul oğurlamaları, habelə Ş.Quliyevin həmkəndliləri Natiq Nağıyevlə birgə Azər Vəliyevin evindən və Zaur Həsənovla birgə Sübhan İbrahimovun evindən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib. N.Nağıyevin və Z.Həsənovun tutulması üçün tədbirlər görülür.

15.01.2017 tarixinə olan kriminal məlumatlar