DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nicat Hüseynov tutulub, daha 2 nəfər isə müəyyən edilib

14.01.2017

Göyçay RPŞ, Yevlax RPŞ və Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 13-də Göyçay rayon sakini Telman Xəlilovun həyətindən 1 baş inək, habelə "VAZ-2106" markalı avtomobilindən akkumlyator oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Nicat Hüseynov tutulub, daha 2 nəfər isə müəyyən edilib.
N.Hüseynovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onların yanvarın 5-də Şəki rayon sakini Füzuli Paşayevin həyətindən 2 baş qoyun və 1 baş inək oğurlamaları da müəyyən edilib.

14.01.2017 tarixinə olan kriminal məlumatlar