DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayonunun Kövər kəndində yol-nəqliyyat hadisəsi

13.01.2017

Yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rahilə Alıyeva orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.