Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Yasamal rayonu ərazisində yaşayan E.Hümbətzadəni hədələyib evindən pul, 2 mobil telefon və 3 noutbuk aparmaqda şübhəli bilinən şəxslər tutulmuşlar

11.01.2017
Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da rayon ərazisində yaşayan Elmir Hümbətzadənin evində onu bıçaq və silaha bənzər əşya ilə hədələyib oradan 450 manat pul, 2 ədəd mobil telefon  və 3 noutbuk aparmaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Nahid Eyvazov və Elman Sadıqov tutulmuşlar.

N.Eyvazovdan hadisəni törədərkən istifadə etdiyi "Zoraki Mod-914"markalı pnevmatik tapança, 8 ədəd patron və 1 ədəd bıçaq götürülmüşdür.



geriyə