DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiklərinə görə tutulmuş Türkiyə vətəndaşları Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlunun digər cinayət əməlləri müəyyən edilmişdir

16.04.2011

Aprelin 16-da  oğurluq etdiklərinə görə tutulmuş Türkiyə vətəndaşları Kenan Əzəl Abidin oğlu, Caner Korkmaz Çengiz oğlu və Çengiz Korkmaz Qahraman oğlunun ətraflarında DİN Baş Cinayət-Axtarış İdarəsi, Göyçay RPŞ və Ucar RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Akif Rəhimovun evindən 10.500 manat, Nizami Mürsəliyevin evindən 1.780 manat, 500 manat dəyərində qızıl əşyaları, 1 ədəd videomaqnitofon və peyk antenasının başlığı, Nurməmməd Verdiyevin evindən 260 manat pul və qızıl əşyalarını, Elnur Qafarovun evindən qızıl əşyalarını, Cəlal Rəhimovun evindən 15.000 manat və 3400 manat dəyərində qızıl əşyalarını, Adəm İbarhimovun evindən qızıl əşyalarını və Əlipaşa Əliyevin evindən 3.000 manat qızıl əşyalarını oğurlamaları da müəyyən edilmişdir.