Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Oğurluqda şübhəli bilinən Qusar rayonunun Hil kənd sakini Dadaşbala Mürşüdov tutulub
15 iyul 2017

Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 14-nə keçən gecə Hil kəndi ərazisindəki kafelərdən birindən 20 manat, mağazalardan birindən isə 188 manat pul, tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən kənd sakini Dadaşbala Mürşüdov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyunun 15-də kənd ərazisindəki evlərdən birindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15 iyul 2017 İyulun 15-də saat 15 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Abşeron rayon sakini Elvin Ağayev idarə etdiyi "VAZ-2109" markalı avtomobillə yolu keçən paytaxt sakini Tamara Selinanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Xəzər RPİ tərəfindən araşdırma aparılır. 
Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15 iyul 2017

İyulun 15-də saat 2.00 radələrində Şəmkir rayonunun Qaracəmirli kəndi ərazisində kənd sakini Şamnur Namazovun idarə etdiyi "VAZ-2107" markalı avtomobili yolun kənarındakı ağaca vurması nəticəsində o və sərnişini, həmkəndlisi Tural Mehdizadə hadisə yerində ölüblər.

Polis oğrunu "isti izlər"lə yaxaladı
14 iyul 2017

İyulun 13-də Səbail RPİ-nin 39-cu Polis Bölməsinə müraciət edən yaxınlıqdakı klinikalardan birinin qadın tibb işçisi içərisində 500 manatı olan pulqabısının oğurlandığını bildirib. O, izahatında hadisənin müalicə olunmaq adı ilə müraciət etmiş bir nəfərin otaqda tək qaldığı vaxt ərzində baş verdiyindən şübhələndiyini bildirib.  

39-cu Polis Bölməsinin əməkdaşlarından ibarət əməliyyat qrupu qısa müddətdə həyata keçirdikləri zəruri tədbirlərlə həmin şəxsin xarici görünüşünü müəyyən ediblər. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə şübhəli şəxs yaxınlıqdakı parklardan birində saxlanılaraq Polis Bölməsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Arif Əliyev olması müəyyən edilib.    

Tutarlı dəlillər qarşısında o, törətdiyi əməli etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun cari ilin fevral ayında rayon ərazisindəki rabitə müəssisələrindən birindən eyni yolla oğurluq etməsi də müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Polis Səbaildə qaçırılan maşını Yasamalda tapdı
14 iyul 2017

İyulun 14-də səhər saat 8.00 radələrində DİN-in "102 Zəng Mərkəzi"nə Səbail rayonunun R.Rza küçəsindən "Toyota" markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinə dəvət olunan zərərçəkmiş Kamran Səlimov izahatında axşam evə qayıdarkən avtomobilini park etmək üçün açarları dayanacağın gözətçisinə verdiyini deyib. Gözətçi isə maşın sahibinin açarı səhər götürməsi üçün yaxınlıqdakı mağazanın satıcısına verdiyini bildirib.

Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanlarından istifadə edilməklə avtomobilin Yasamal rayonu istiqamətində getdiyi müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil H.B.Zərdabi küçəsində saxlanılmış vəziyyətdə tapılıb. Bir qədər sonra maşına yaxınlaşan 2 yeniyetmə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq avtomobillə birlikdə  39-cu Polis Bölməsinə gətiriliblər.

Araşdırmalarla onların Bakı şəhər sakini R.T və Mingəçevir şəhər sakini R.Ə. olmaları müəyyən edilib.

Onlar törətdikəri əməli etiraf ediblər. Müəyyən edilib ki, iyulun 14-nə keçən gecə saat 4.30 radələrində siqaret almaq üçün Səbail rayonunun R.Rza küçəsindəki mağazaya girən yeniyetmələr satıcının məşğul olmasından istifadə edərək orada olan avtomobil açarını götürüb uzaqlaşıblar və az sonra həmin avtomobili taparaq qaçırıblar.

Faktla əlaqədar Səbail RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır. 

Gürcüstan vətəndaşı Maksime Qobuladzedən 4,7 kq marixuana götürülüb
14 iyul 2017Yasamal RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Maksime Qobuladzedən 4 kiloqram 700 qram marixuana götürülüb. 
Gün ərzində 97 cinayət faktı qeydə alınıb
14 iyul 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 97 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 38 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.  
  • Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər tutulub.

Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub
14 iyul 2017

Baş Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Mahir Əhmədova və qardaşı Elxana bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməkdə şübhəli bilinən Elşən Məlikov tutulub.

Hədə-qorxu yolu ilə 170 manat almaqda şübhəli bilinən Bakı şəhər sakini Seyran Cahangirov tutulub
14 iyul 2017

Xəzər RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 12-də Zamin Səfərovun 170 manat pulunu hədə-qorxu yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Seyran Cahangirov tutulub. 

Avtomobildən 1411 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Atif Əzizov və Samir Paşayev tutulublar
14 iyul 2017

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-də Ağasəf Mustafazadəyə məxsus avtomobildən 1411 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Atif Əzizov və Samir Paşayev tutulublar.