Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Biləsuvar rayonunun Çaylı kənd sakini Saleh Nəsirovdan müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb
17 yanvar 2017

Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaylı kənd sakini Saleh Nəsirovdan müvafiq sənədləri olmayan "İJ-27E" markalı ov tüfəngi götürülüb. 

Dilənçiçiliklə məşğul olan 22 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb
17 yanvar 2017

Səbail və Nərimanov RPİ əməkdaşları tərəfindən dilənçiçiliklə məşğul olan 22 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Quldurluq etməkdə şübhəli bilinən Kamal Kərimov Şəmkir rayonunun Seyfəli kəndi ərazisində saxlanılmışdır
17 yanvar 2017

Yanvarın 17-də saat 18 radələrində Gəncə şəhərində naməlum şəxs şəhər sakini Namiq Babayevin idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qisimində oturub Şəmkir rayonunun Seyfəli kəndinə gedəcəyini bildirib. Seyfəli kəndi ərazisində həmin şəxs N.Babayevə bıçaqla xəsarət yetirib 2 manat pulunu, mobil telefonunu alaraq və onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün Seyfəli kəndi ərazisində saxlanılıb. Onu idarə edənin Kamal Kərimov olması müəyyən edilib.

K.Kərimov izahatında avtomobili həmkəndlisi Eşqin Murtuzovdan 500 manata almasını bildirib.
Faktla əlaqədar cinayət işi başlanılıb. RPŞ tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri aparılır. 

Pirallahı qəsəbə sakini Zaur Rzayevdən nömrəsi silinmiş silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb
17 yanvar 2017

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pirallahı qəsəbə sakini Zaur Rzayevdən nömrəsi silinmiş "AKMS" markalı silah, 1 ədəd patron darağı və 15 ədəd patron götürülüb.

Goranboy rayonunun Xanqərvənd kənd sakini Pərvin Seyiidova xəsarət yetirmiş Üzeyir İsmayılov tutulub
17 yanvar 2017

Yanvarın 16-da Goranboy rayonunun Xanqərvənd kəndində kənd sakini Üzeyir İsmayılov münaqişə zəminində həmkəndlisi Pərvin Seyiidovun qarın nayihəsinə avtomobil açarı ilə daxilə nüfuz edən xəsarət yetirib.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış v' tədbirləri nəticəsində Ü.İsmayılov tutulub.

Musiqi aləti və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Emin Məmmədov tutulub
17 yanvar 2017

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-nə keçən gecə Gəncə "SOS" Uşaq Kəndinin inzibati binasından musiqi aləti və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini Emin Məmmədov tutulub.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elkin Mateyev tutulub
17 yanvar 2017

Pirallahı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Azər Ələkbərovun evindən planşet oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elkin Mateyev tutulub.

Bir baş qoyun oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakinləri Müstəcəf Əliyev və İmran Qarayev tutulublar
17 yanvar 2017

Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 16-da rayon sakini Fərhad Məmmədova məxsus 1 baş qoyunu oğurlamaqda şübhəli bilinən həmyerliləri Müstəcəf Əliyev və İmran Qarayev tutulublar.

Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq təhvil verib
17 yanvar 2017

Şəki rayonunun Baş Kəldək kənd sakini Samir Hüseynov müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngini könüllü olaraq ŞRPŞ-yə təhvil verib.

Babək rayon sakini Qurban Hüseynov tapdığı ov tüfəngini könüllü olaraq təhvil verib
17 yanvar 2017

Babək rayon sakini Qurban Hüseynov tapdığı "TOZ-8" markalı ov tüfəngini könüllü olaraq RPŞ-yə təhvil verib.