Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
16 yanvar 2018Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də paytaxt sakini olan bir qadının çantasından pul, mobil telefon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Murad Quliyev və qardaşı Tərlan saxlanılmışlar.
Paytaxt sakini olan bir qadının çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən T.İbrahimov saxlanılmışdır
16 yanvar 2018Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 22-də paytaxt sakini olan bir qadının içərisində 80 manat və sənəd olan çantasını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Bakı şəhər sakini Turqut İbrahimov saxlanılmışdır.
Sumqayıt şəhəri ərazisində 1 avtomobildən, 1 mağazadan və 1 evdən oğurluq törətməkdə şübhəli bilinən şəhər sakini A.Hacıbalayev saxlanılmışdır
16 yanvar 2018Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 27-dən cari il yanvarın 9-dək olan müddətdə şəhər ərazisində 1 avtomobildən, 1 mağazadan və 1 evdən akkumulyator, pul, tütün məmulatı və su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Hacıbalayev saxlanılmışdır.
Yanvarın 10-da E.Dəmirovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəxslər saxlanılmışlar
16 yanvar 2018Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 10-da Eldar Dəmirovun pulunu və mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən şəhər sakinləri Fuad Güləliyev, Natiq İsgəndərov və Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Əbdül Əbdinov saxlanılmışlar.
Xızı rayonunun Giləzi qəsəbəsində yol-nəqliyyat hadisəsi
16 yanvar 2018Yanvarın 16-da saat 20 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində rayon sakini Vamiq Cəfərovun idarə etdiyi “Chevrolet” və naməlum sürücünün idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Bu zaman sürücülər arasında münaqişə baş vermiş, “VAZ-2106” markalı avtomobilin sürücüsü V.Cəfərova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Nəticədə V.Cəfərov hadisə yerində ölmüşdür.

Xızı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Xaçmaz rayonunun Xudat şəhərində yol-nəqliyyat hadisəsi
16 yanvar 2018Yanvarın 16-da saat 19 radələrində Xaçmaz rayonunun Xudat şəhərində şəhər sakini Anar Həmrayevin idarə etdiyi “VAZ-2106” və Xasay Xasayevin idarə etdiyi “Volvo” markalı yük avtomobili toqquşmuşdur. Nəticədə A.Həmrayev və sərnişini, həmyerlisi Elçin Həmrayev xəstəxanaya yerləşdirilmişlər. A.Həmrayev orada ölmüşdür.     

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Gün ərzində 117 cinayət faktı qeydə alınıb
15 yanvar 2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınıb, onların da 28-i “isti izlər”lə açılıb. 

  • Axtarışda olduğuna görə 19 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. 
  • Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər xəsarət alıb.  
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib. 
  • Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Qanunsuz saxlanılan silahlar götürülüb
15 yanvar 2018

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri  əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanılıb. Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.

Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə 5 ədəd - 2 ədəd “TOZ-16”, 1 ədəd “BUM”, 1 ədəd “Tula” və 1 ədəd “İJ” markalı tüfənglər götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov “İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib. 
Silahlar aidiyyatı üzrə təhvil verilib. 

500 metr elektrik kabelini kəsərək oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini İbrahim Hüseynov saxlanılmışdır
15 yanvar 2018

Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il sentyabrın 8-də şəhərin mərkəzi prospekt və küçələrinin işıqlandırılması üçün istifadə olunan elektrik kabelinin 500 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən rayon sakini İbrahim Hüseynov saxlanılmışdır.

16 reklam lövhəsini sökərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev saxlanılmışlar
15 yanvar 2018

Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 14-də Quzanlı qəsəbəsində yerləşən 4 avtobus dayanacağından 16 reklam lövhəsini sökərək oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kamran Novruzov, Orxan Fərzəliyev və Samux rayon sakini Musa Musayev saxlanılmışlar. Onlar izahatlarında Gədəbəy, Qazax, Ağdaş, Sabirabad, Göyçay və Yevlax rayonlarının ərazisindəki avtobus dayanacaqlarının da hissələrini sökərək oğurlamalarını etiraf etmişlər.
Araşdırma aparılır.