Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Krimnal xronika

tarixindən tarixinə
Gəncə şəhərində yaşayan Zair Vəliyev dəm qazından zəhərlənərək ölüb
14 yanvar 2017

Yanvarın 14-də Gəncə şəhərində yaşayan əcnəbi vətəndaş Zair Vəliyev dəm qazından zəhərlənərək ölüb.

Dilənçiliklə məşğul olan 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb
14 yanvar 2017

Səbail RPİ və Nəsimi RPİ əməkdaşları tərəfindən rayonlar ərazisində dilənçiliklə məşğul olan 23 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.

Alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev ölmüşdür
14 yanvar 2017

Yanvarın 13-də Sumqayıt şəhərində yaşayan Sabir Nağıyev alkoqoldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və yanvarın 14-də orada ölüb.
Araşdırma aparılır.

Sirkədən zəhərlənmiş Hacıqabul rayon sakini Zöhrə Məmmədova yerləşdirildiyi xəstəxanada ölüb
14 yanvar 2017

Yanvarın 10-da  sirkədən zəhərlənmə ilə xəstəxanaya gətirilən Hacıqabul rayon sakini Zöhrə Məmmədova yanvarın 14-də orada ölüb. 

Füzuli rayonunun Qazaxlar kənd sakini Şakir Namazov minaya düşərək ölüb
14 yanvar 2017

Yanvarın 14-də Füzuli rayonunun Horadiz kəndindəki otlaq sahəsində Qazaxlar kənd sakini Şakir Namazov minaya düşərək ölüb.
Araşdırma aparılır.

Göyçay rayon sakini Misirxan Zamanov Alpoud kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşdən əlindən xəsarət alıb
14 yanvar 2017

Yanvarın 14-də Göyçay rayon sakini Misirxan Zamanov Alpoud kəndində ov edərkən ehtiyatsızlığı nəticəsində açdığı atəşdən əlindən xəsarət alıb.

Göyçay RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

Gün ərzində 81 cinayət faktı qeydə alınmışdır
13 yanvar 2017

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 81 cinayət faktı qeydə alınmış, onların da 24-ü “isti izlər”lə açılmışdır. 

  • Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. 
  • Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 6 nəfər ölmüş, 15 nəfər yaralanmışdır. 
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir. 
  • Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər tutulmuşdur.

Avaralıq və dilənçiliklə məşğul olan 8 nəfər barəsində müvafiq tədbir görülüb
13 yanvar 2017

Səbail RPİ əməkdaşları tərəfindən rayon ərazisində avaralıq və dilənçiliklə məşğul olan 8 nəfər barəsində müvafiq tədbir görülüb. 

Neftçala rayon sakini Sayıl Sayılovdan, Qəbələ rayon sakini Əflatun Ağamoğlanovdan və Saatlı rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan tüfəng götürülüb
13 yanvar 2017

Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sayıl Sayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əflatun Ağamoğlanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb. 

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı tüfəng götürülüb.

Şəmkir şəhər ərazisindən tüfəng və 43 ədəd patron tapılıb
13 yanvar 2017

Şəmkir RPŞ əməkdaşları tərəfindən şəhər ərazisindən nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng və 43 ədəd patron tapılıb.