DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

20.06.2016


Daxili İşlər Nazirliyi rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi sahəsində vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə səyyar xidmətlərin keçirilməsi davam etdirilir.

Növbəti belə tədbirlər respublikanın Şamaxı, İsmayıllı, Qazax, Zərdab, Samux, Xızı, Abşeron, Sumqayıt şəhər və rayonlarında baş tutub.

Səyyar xidmətlər zamanı adları çəkilən şəhər və rayonlarda ümumilkdə 1830 vətəndaşın müvafiq sənədləri qəbul edilib, 657 nəfərə isə şəxsiyyət vəsiqələrinin verilməsi təmin edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.