DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

12.05.2015


Xəbər verildiyi kimi, Daxili İşlər Nazirliyinin tapşırığına əsasən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.


Növbəti belə tədbirlər paytaxtın Binəqədi və Xəzər RPİ-lərin müvafiq şöbə əməkdaşlarının iştirakı ilə sözügedən rayonlarda baş tutub.  

Binəqədinin Biləcəri qəsəbəsində 223, Xəzər rayonunyn isə Türkan, Binə və Zirə kəndlərində keçirilmiş səyyar xidmətlər nəticəsində isə ümumilikdə 525 nəfərin müvafiq sənədləri qəbul edilib.