DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

20.12.2014

Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü və Oğuz RPŞ-nin aidiyyəti xidmət əməkdaşlarının iştirakı ilə rayonun Filfili, Xaçmaz, Böyük Söyüdlü və Xalxal kəndlərində yaşayan sakinlərə şəxsiyyət vəsiqələrinin verilməsi ilə bağlı səyyar xidmət keçirilib. Xidmət zamanı, ümumilikdə, 318 nəfərə yeni şəxsiyyət vəsiqələri verilib.

Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşları tərəfindən anoloji tədbir, eyni zamanda, dekabrın 19-da Bakı şəhər 1 saylı psixiatriya xəstəxanasında da həyata keçirilib. Xəstəxanada müalicə olunan 82 nəfərə şəxsiyyəti təsdiqləyən sənədlər təqdim olunub.
Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi prosesi davam etdirilir.