DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

24.11.2014

Noyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsində respublikanın Qərb və Qarabağ bölgələrinin ərazi polis orqanlarının xidmət üzrə rəis müavinlərinin, qeydiyyat və şəxsiyyət vəsiqəsi qurumları əməkdaşlarının iştirakı ilə növbəti zona müşavirəsi keçirilib.

Cari ilin ötən dövründə aidiyyatı xidmət tərəfindən görülən işlərin, o cümlədən dekabr ayının 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrin geniş müzakirə olunduğu tədbirdə respublika daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyev iştirak edib.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev, Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis polkovniki Gülşən Əhmədova xidməti fəaliyyədə buraxılmış nöqsanların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məruzələrlə çıxış ediblər.  

Daha sonra müxtəlif çıxışlar dinlənilib, mövzu ilə bağlı məsələlər barədə müzakirələr və fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran polis general-mayoru İsmət Əliyev son naziryanı əməliyyat müşavirəsində qeyd olunmuş nöqsan və çatışmazlıqların, polisin nüfuzuna və işgüzar imicinə xələl gətirən mənfi halların qısa zamanda aradan qaldırılmasının vacibliyini bildirib, qarşıda duran əsas vəzifələrdən danışıb.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xidməti fəaliyyətin daha da təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun təmin olunmasına dair tapşırıq və tövsiyyələrini xatırladaraq onların ən yüksək səviyyədə və layiqincə yerinə yetirilməsinin zəruriliyini vurğulayıb, bələdiyyə seçkilərinədək səsvermə hüququ olan bütün vətəndaşlara şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsinin, eyni zamanda, görülən işlər barədə ölkə ictimaiyyətini mütəmadi olaraq məlumatlandırılmasının əhəmiyyətini bildirib, bu sahədə hər bir əməkdaşdan  təşəbbüskarlıq və konkret fəaliyyət tələb edib.