DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

29.10.2014

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsinin əməkdaşları Nazirliyin Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvlərini müəyyən edərək zərərsizləşdiriblər.   
Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin rayonun sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev, Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.

Baxış zamanı onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək, 703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1 pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkar edilərək götürülüb.         
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.