DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaşların nəzərinə

04.09.2014


Daxili işlər naziri general-polkovnik cənab Ramil Usubov tərəfindən cari ilin sentyabr ayının 27-də Lənkəran şəhərində bölgə üzrə keçiriləcək vətəndaşların qəbulu zamanı polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan, Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik rayon sakinlərindən yaşı 20-dən az 30-dan çox olmayan aşağıdakı şərtlərə uyğun:

- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (qadınlar istisna olmaqla);

- boy ölçüsü 180 sm. (qadınlar üçün 170 sm);

- düzgün bədən quruluşlu və idman cüssəli, tam orta təhsilli;

- yol-patrul xidməti inspektoru vəzifələrinə əlavə olaraq avtomobil nəqliyyatına aid olan orta-ixtisas və ya ali təhsilli, 3 ildən az olmayan sürücülük təcrübəsi olan, kompyuterdən istifadə etməyi bacaran şəxslər;

- "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş digər şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.