DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı

30.08.2014


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri Ramil Usubov avqustun 30-da Şəki Şəhər Rayon Polis Şöbəsində növbəti qəbul keçirmişdir.
Qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ rayonlarından olan 45 nəfər iştirak etmişdir.
Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin qanunvericiliyə uyğun və operativ həlli üçün qəbulda iştirak edən Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar vermişdir. Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan müraciətlərin əksəriyyəti öz həllini  yerində tapmış, digərlərinin aidiyyəti dövlət orqanlarına göndəriləcəyi diqqətə çatdırılmışdır.
Bununla yanaşı, kütləvi informasiya vasitələrində öncədən verilmiş elana uyğun olaraq, həmin rayonlar üzrə qəbulda, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 59 nəfər də iştirak etmişdir. General-polkovnik Ramil Usubov onların arasından xidmətə yararlı olan gənclərin sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə tapşırıq vermişdir.