DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili Işlər Nazirliyi və Respublika Baş Prokurorluğu Mətbuat Xidmətlərinin məlumatı

19.07.2014

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonunda törədilmiş qətlin “isti izlər”lə açılması və onun törədilməsində şübhəli bilinən şəxsin tutularaq məsuliyyətə cəlb olunması təmin edilmişdir.
Belə ki, iyulun 12-də 20-25 yaşlarında şəxsiyyəti istintaqa məlum olmayan üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilmişdir.
Fakta bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə)  maddəsi ilə cinayət işi başlanmışdır.
Aparılmış istintaqla qətlə yetirilmiş şəxsin 1994-cü il təvəllüdlü, Salyan şəhər sakini Xudiyev Nurlan Xudaverdi oğlu olması müəyyən edilmişdir.

Həyata keçirilmiş tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü, Bakı şəhər sakini Məcidli Zamin Tofiq oğlu iyulun 19-da tutulmuşdur. Z.Məcidli sübhəli şəxs qismində dindirilərkən törətmiş olduğu cinayəti etiraf edərək cinayətin aləti olan mətbəx bıçağını və N.Xudiyevin üzərində olmuş fotoşəkilləri yaşadığı evin həyətində basdırdığını bildirmişdir. Onun ifadəsi yerində yoxlanılarkən həmin bıçaq və fotoşəkillər aşkar edilərək götürülmüşdür.
İş üzrə çoxsaylı şahid ifadələri alınmış və müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda istintaq tədbirləri davam etdirilir.