DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

16.07.2014


İyulun 16-da DİN-in A.Heydərov adına Respublika Hospitalında bu şəfa ocağının  50 illik yubileyinə həsr olunmuş koxlear implantasiya üzrə master-klass  keçirilmişdir.

DİN  Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov tədbiri giriş sözü ilə açaraq Avstriyadan, Rusiyadan və Belarusiyadan gələn qonaqlara daxili işlər naziri, general-polkovnik Ramil Usubovun  salamlarını çatdırmışdır.
Hospitalın rəisi, tibb xidməti polkovniki, respublikanın əməkdar həkimi Ramiz Əkbərov bu qocaman səhiyyə ocağının yaranma tarixi və keçdiyi inkişaf yolu barədə ətraflı məlumat vermişdir.
Daha sonra Sankt-Peterburq şəhərindəki "LOR" Elmi-Tədqiqat İstitutunun bölmə  rəhbəri, 3000-dən çox implantasiya əməliyyatını həyata keçirmiş, Beynəlxalq “HEARRİNG” təkşilatının aparıcı eksperti, tibb elmləri doktoru  Vladislav Yevgeniyeviç Kuzovkov tərəfindən yaşyarımlıq iki körpə üzərində həyata keçirilən əməliyyat konfrans zalına onlayn rejimdə translyasiya edilmişdir.
Bildirilmişdir ki, koxlear implantasiya respublikamızda ilk dəfə olaraq, Daxili İşlər Nazirliyinin Hospitalında həyata keçirilir. Bu əməliyyatın əsas özəlliklərindən biri də anadangəlmə kar doğulmuş körpələrin gələcək əlilliyinin qarşısının vaxtında alınmasıdır. Nəzərə çatdırılmışdır ki, bir gün öncə də 2 xəstə üzərində uğurla eyni əməliyyat keçirilmişdir. Əməliyyatda hospitalın «LOR» şöbəsinin baş ordinatoru, tibb elmləri namizədi Kamil Yusifov, Anesteziologiya və əməliyyat blokunun rəisi Zaur Tahirov və həkim İlqar Eyvazov iştirak etmişlər.
Yeri gəlmişkən, bu tibb müəssisəsinin ən müasir infrastrukturla təmin olunması, maddi-texniki bazasının təkmilləşdirilməsi xarici tərəfdaşların da diqqətini cəlb etmişdir. Birgə əməkdaşlıq nəticəsində burada daha unikal əməliyyatların aparılmasına imkan vardır. Sentyabr ayından etibarən isə hospitalda daha nadir əməliyyatların keçirilməsi nəzərdə tutulur.
Tədbirdə Avstriyadan, Rusiyadan və Belarusiyadan gəlmiş tibb mütəxəssisləri tətbiq olunan cərrahi yenilik barədə çıxışlar etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.