DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tolerantlığa dair tədbir keçirildi

15.04.2014


Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans aprelin 15-də Cəlilabad rayonunda keçirilib.
Tədbiri giriş sözü ilə açan Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik  İdarəsinin şöbə rəisi Rafiq Qaçayev çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığının qorunması, radikal yönümlü təriqətlərin, sektaların, müxtəlif icmalar və ayrı-ayrı şəxslər tərəfindən dini ayrıseçkilik, ədavət salınması, dözümsüzlük ideyalarının yayılması, ölkədəki ictimai-siyasi sabitliyin pozulması kimi  cəhdlərin qarşısının alınması məqsədilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən kompleks tədbirlər görüldüyünü bildirib.
Cəlilabad RPŞ-nin rəisi Namiq Camalov rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.
Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Müzakirələrdə İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli şöbəsinin müdiri Qağayi Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Cəlilabad üzrə dini icmasının sədri Qəni Axundzadə, Ağsaqqallar Şurasının sədri Əliheydər Əsədov rayonda dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.