DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ətraf mühitin mühafizəsi və sağlamlaşdırılması polisin də diqqət mərkəzindədir

09.05.2017

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ekoloji mühitin, xüsusi ilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin artıq formalaşmış ənənəyə uyğun olaraq, Daxili İşlər Naziriyinin rəhbərliyi və şəxsi heyəti, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları ulu öndərin anadan olmasının 94-cü ildönümü münasibəti ilə mayın 9-da Suraxanı rayonu ərazisindəki yaşıllıq massivində növbəti ağacəkmə kampaniyası keçiriblər.

Polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları hələ 2010-cu ildə sözügedən 5 hektarlıq sahədə Abşeron yarımadasının iqlim şəraitinə daha uyğun və dözümlü, dekorativ cəhətdən yaraşıqlı Eldar şamları və zeytun ağacları əkiblər. Bugünki tədbir zamanı isə ağaclara aqrotexniki qaydada qulluq göstərilib, ərazi alaq otlarından təmizlənərək budama və suvarma işləri aparılıb, ağacların küləkdən qorunması və normal böyümələri üçün qoruyucu dirəklər basdırılıb. Bundan əlavə, sözügedən sahədə abadlıq və təmizləmə işləri görülərək boş qalmış yerlərə əlavə olaraq 600 ədəd yeni Eldar şamının tingləri əkilib.  

 Daxili işlər orqanlarının əməkdaşları ətraf mühitin qorunması, ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədi ilə bundan sonra da ağacların əkilməsi və onlara qulluq göstərilməsi işini davam etdirəcəklər.