DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ulu öndərin xatirəsi anıldı

08.05.2017


Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ərəfəsində Daxili İşlər Nazirliyində gənc əməkdaşların iştirtakı ilə  tədbir keçirilib.

 Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbirdə çıxış edərək ulu öndərin bütövlükdə Yeni Azərbaycanın qurulmasında, onun müstəqilliyinin, iqtisadi-siyasi əsaslarının, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, demokratik imicinin yüksəldilməsində, dövlətçilik tarixində, eyni zamanda müstəqil respublikamızın daxili işlər orqanlarının formalaşmasında, təkmilləşdirilməsində, ölkədə cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin olunmasının təşkilində göstərdiyi müstəsna xidmətləri barədə gənc əməkdaşlara bir daha məlumat verib.

Tədbirdə ümummilli liderin hər bir azərbaycanlıya örnək olan, müasir tariximizin ən şanlı və keşməkeşli səhifələrinin yazılmasına şahidlik etmiş möhtəşəm həyatından və zəngin dövlətçilik fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.