DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən

09.05.2017

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 1941-1945-ci illər müharibəsinin iştirakçıları-istefada olan polis polkovnikləri İsmayıl Qasımovun və Yunis Məmmədovun, istefada olan polis polkovnik-leytenantı Mehdi Mehdiyevin, istefada olan polis mayoru Əli 
Hacıyevin “Azərbaycan Polisinin 95 illiyi (1918-2013)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmaları barədə müvafiq əmr imzalayıb. 
Mayın 9-da DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev 92 yaşlı İsmayıl Qasımovun evində olub, nazirliyin rəhbərliyinin səmimi salamlarını və xoş arzularını ona çatdırıb, təltif olunduğu yubiley medalını hörmətli veteranımıza təqdim edib.

Görüşdə faşizm üzərində tarixi qələbənin qazanılmasında həmvətənlərimizin ön və arxa cəbhədəki böyük fədakarlığından və qəhrəmanlığından bəhs olunub, məhz ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra 9 Mayın müstəqil Azərbaycanda dövlət səviyyəsində qeyd edildiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən cəmiyyətin ən dəyərli üzvləri kimi onlara hər cür diqqət və qayğı göstərildiyi vurğulanıb. Bildirilib ki, müharibə veteranlarının mənalı həyat yolu və zəngin təcrübəsi yetişməkdə olan nəslə, həmçinin daxili işlər orqanlarının gənc əməkdaşlarına hər zaman örnək olacaq, vətənə sonsuz məhəbbət, anda, dövlətə sədaqət rəmzinə çevrilmiş qəhrəmanlıqları, əzmkarlıqları