Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Press-relizlər

tarixindən tarixinə
Vətəndaşların nəzərinə
10 oktyabr 2017Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il oktyabr ayının 21-də saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən şəhər və rayonlarının sakinlərini Gəncə şəhər Baş Polis İdarəsində qəbul edəcəkdir.
Vətəndaşların nəzərinə
09 oktyabr 2017Son vaxtlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün vətəndaşlardan Daxili İşlər Nazirliyinə müraciətlər daxil olmaqdadır.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğunun mətbuat xidmətlərinin məlumatı
02 oktyabr 2017Vətəndaşların çoxsaylı müraciətləri əsasında Bakı şəhərinin mərkəzi hissəsində, xüsusən də Nəsimi, Nərimanov, Səbail və Yasamal rayonlarının ərazisində axşam saatlarında qrup şəklində yerli vətəndaşlara və əcnəbi turistlərə pul müqabilində intim xidmətlər təklif edən, hətta imtina edənləri təhqir edib münaqişəyə çəkməklə ictimai qaydanı pozan şəxslərin müəyyənləşdirilməsi, onların dəri-zöhrəvi xəstəliklərin daşıyıcısı olub-olmamasının yoxlanılması və digər profilaktiki tədbirlərin görülməsi məqsədi ilə şəhərin Baş Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılmışdır.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
30 sentyabr 2017Daxili işlər naziri, general-polkovnik Ramil Usubov sentyabrın 30-da Lənkəran Şəhər-Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
26 sentyabr 2017Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun başçılıq etdiyi nümayəndə heyəti Beynəlxalq Kriminal Polis Təşkilatının - İnterpolun Baş Assambleyasının 86-cı sessiyasında iştirak etmək üçün Çin Xalq Respublikasına işgüzar səfərə gedib.
Bakı Şəhər Baş Polis İdarəsindən
23 sentyabr 2017Sentyabrın 23-də özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib. 
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin məlumatı
19 sentyabr 2017Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə Baş İdarəsinin rəisi, polis general-leytenantı  Sergey Umnovun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
DİN bəzi jurnalistlərə xəbərdarlıq edib
13 sentyabr 2017Bəzi xəbər saytlarında belə bir iddia irəli sürülür ki, son vaxtlar mətbuat orqanları Bakı şəhər Dövlət Yol Polisi İdarəsində mövcud olan böyük nöqsanlardan kəskin yazılar dərc edirlər deyə həmin idarənin rəhbərliyi tərəfindən əməkdaşlara tapşırıq verilib ki, onlar həmin mətbu orqanlarını məhkəməyə verərək idarənin xeyrinə qərar çıxarılmasına nail olsunlar.
Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi mətbuat xidmətlərinin məlumatı
12 sentyabr 2017Prokurorluq və daxili işlər orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilmişdir.
Vətəndaşların nəzərinə
29 avqust 2017Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2017-ci il sentyabr ayının 30-da Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı və Lerik şəhər və rayonlarının sakinlərini Lənkəran Şəhər Rayon Polis Şöbəsində qəbul edəcəkdir.